BMT-nin Baş katibi Antonio Quterreş Beyruta səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Livan xalqı ilə həmrəylik üçün Beyruta səfərə gəldim. Onlar bu müharibəni seçməyiblər. Buna onları cəlb ediblər. BMT və mən Livanın, eləcə də bu regionun layiq olduğu dinc gələcək uğrunda mübarizədə səylərimizi əsirgəməyəcəyik", - o bildirib.
Qeyd edək ki, baş katib ötən gün Türkiyəyə səfərdə olub.
Bakı 




