• Bakı C

    12.45 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Sülh “bu gün” mümkün ola bilər - Kreml

DÜNYA

12 Aprel 2026 | 15:27

Sülh “bu gün” mümkün ola bilər - Kreml

Rusiya Ukrayna ilə davamlı sülhün əldə olunmasında maraqlıdır və bu, müəyyən qərarların qəbul ediləcəyi təqdirdə qısa müddətdə mümkün ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva üçün əsas prioritet ölkənin maraqlarının təmin olunması və başlanğıcda qarşıya qoyulan məqsədlərə nail olunmasıdır.

Peskov qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski “hamıya məlum olan qərarları” qəbul edərsə, sülhə “demək olar ki, dərhal” nail olmaq mümkündür.

“Konkret qərarlar qəbul edilərsə, proses sülh müstəvisinə keçə bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.

O əlavə edib ki, Zelenski bu məsuliyyəti öz üzərinə götürmədiyi müddətdə və müvafiq qərarlar verilmədiyi halda, atəşkəs müddəti başa çatdıqdan sonra hərbi əməliyyatlar davam edəcək.

Peskov bir daha bildirib ki, Rusiya tərəfi davamlı və sabit sülhün əldə olunmasında maraqlıdır.


SON XƏBƏRLƏR

11 Aprel 2026