Rusiyada Tom çayı daşıb, 25 ev və 222 həyətyanı sahə su altında qalıb.
Bakıvaxtı.az xəbər verir ki, son sutka ərzində Tom çayında suyun səviyyəsi 120 santimetr artıb.
Hələ bir gün əvvəl hakimiyyət orqanları su səviyyəsinin kritik hədd olan 600 sm-ə çata biləcəyi barədə xəbərdarlıq etmişdi, hazırda isə bu göstərici artıq 870 sm-i keçib.
Ən kritik vəziyyət Tomsk vilayətində Çyornaya Reçka kəndində müşahidə olunur. Kənddə 25 ev və 222 həyətyanı sahə su altında qalıb. Kənddən 73 nəfər təxliyə edilib, onlardan 15-i müvəqqəti yerləşdirmə məntəqələrinə aparılıb. Ən azı 17 ev elektrik enerjisiz qalıb. Daha 8 sakin isə Taxtamışevo kəndindən qayıqlarla çıxarılıb.
Boyarski adaları ərazisində yaranmış buz tıxacının aradan qaldırılmasına Krasnoyarskdan gəlmiş mütəxəssislər cəlb olunub. Onlar su axınını təmin etmək üçün Tom çayında buz tıxacını partladıblar. Çayın məcrasının açılmasına çalışılır ki, su Çyornaya Reçka və ətraf yaşayış məntəqələrindən çəkilsin.
Bakı 




