• Bakı C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Pakistanda terror: 7 polis əməkdaşı öldü

DÜNYA

13 Mart 2026 | 14:46

Pakistanda terror: 7 polis əməkdaşı öldü

Pakistanda naməlum şəxslər polis patrul avtomobilini partladıblar, yeddi polis əməkdaşı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı DAWN yayıb.

Xayber-Paxtunxva əyalətinin polis idarəsinin mətbuat katibi bildirib ki, hadisə Lakki-Marvat rayonunun Bettani bölməsində polislər planlı patrul xidməti apararkən baş verib.

Polis baş verən hadisəni terror aktı adlandırıb. Məlumata görə, avtomobil yol kənarına qoyulmuş əldəqayırma qurğu vasitəsilə partladılıb.

"Partlayış nəticəsində altı polis əməkdaşı, o cümlədən polis bölməsinin rəisi həlak olub", - idarədən bildiriblər.


SON XƏBƏRLƏR