• Bakı C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Kərkük-Ceyhan boru kəməri ilə neft axını bərpa olundu

DÜNYA

13 Mart 2026 | 16:56

Kərkük-Ceyhan boru kəməri ilə neft axını bərpa olundu

İraq neftini Qərb bazarlarına ixrac edən Kərkük-Ceyhan boru kəmərində əməliyyatlar yenidən sürətləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, martın 9-da Kərkük-Ceyhan boru kəmərilə əməliyyatlar dayandırılmışdı. Bununla bağlı rəsmi açıqlama verilməsə də, bölgədəki müharibə şəraitinin və texniki tələblərin əməliyyat qrafikinə təsir etdiyi irəli sürülürdü.

Bölgədəki təchizat çatışmazlığını aradan qaldırmaq üçün İraq Neft Nazirliyi gəmiçilik potensialını gücləndirmək üçün strateji addım atıb. Məlum olub ki, nazirlik İraq Kürdüstan Regional Hökumətinə (İKRH) göndərdiyi rəsmi məktubda Kərkük yataqlarından gündəlik çıxarılan 100.000 barel xam neftin Kürdüstan boru kəməri şəbəkəsi vasitəsilə Ceyhana nəqli üçün icazə istəyib./Teleqraf


SON XƏBƏRLƏR