Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 1 milyon 300 min nəfər təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun hesabatında deyilir
Bunlardan 350.000-i həlak olub. Təkcə 2025-ci ildə 400.000 Rusiya əsgəri həlak olub və ya yaralanıb.
"Rusiya itkiləri arasında ölüm nisbəti bizi təəccübləndirir. Ruslar qeyri-mütənasib dərəcədə yüksək itkilər verirlər; onlar olduqca ağır itkilər verirlər", - deyə alyans nümayəndəsi qeyd edib.
O, bunu, xüsusən də, Rusiya Ordusunun döyüş meydanında tibbi yardımın aşağı səviyyədə olması ilə əlaqələndirib.
NATO-nun hesablamaları Ukraynanın rəqəmlərinə yaxındır: Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın itkiləri 1.249.380 nəfər təşkil edib.
Bakı 




