Ağdamda əkin sahəsində kişi meyiti tapılıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb.
Meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




