Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
***
12:42
Bakıda yaşayış binasında yanğın başlayıb.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Cavanşir küçəsində qeydə alınıb.
Küçədəki beşmərtəbəli yaşayış binalarından birindəki yanğın davam edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.
Alovun qarşısının alınması üçün işlər görülür.
Bakı 




