• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

“102”yə yalan məlumat verdi - Həbs olundu

HADİSƏ

13 Mart 2026 | 12:38

“102”yə yalan məlumat verdi - Həbs olundu

Gəncə şəhərində avtomobilinin qaçırılması barədə yalan məlumat verən şəxs məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü İsa Xəlilov (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin “102 Qaynar Xəttinə müraciət edib və avtomobilini qonşuluqda yaşayan şəxs tərəfindən qaçırıldığını bildirib.

Əldə olunmuş məlumata əsasən Xəlilov polis şöbəsinə dəvət olunub. Lakin o, polisin qanunu tələbinə tabe olmayaraq polisə müqavimət göstərib.

Həmçinin narkotik vasitə istifadə etməsində şübhəli bilindiyindən həkim müayinəsindən keçirilib və analizində narkotik vasitədən istifadə etdiyi aşkar edilib.

Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə ittiham elan edilib.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə həbs edilib.


SON XƏBƏRLƏR