Ağdam rayon sakini minaya düşərək həyatını itirib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Belə ki, Füzulidə çoban kimi çalışan 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb. Nəticədə həm at, həm də onun üzərində olan Ramil Hacıyev hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma başlanılıb./Unikal
Bakı 




