• Bakı C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Gəncədə 20 yaşlı oğlan özünə xəsarət yetirdi - YENİLƏNİB

HADİSƏ

11 Fevral 2026 | 21:20

Gəncədə 20 yaşlı oğlan özünə xəsarət yetirdi - YENİLƏNİB

Gəncədə 20 yaşlı oğlanın xəsarət alması ilə bağlı bəzi detallar məlum olub

Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ruhi-əsəb dispanserində qeydiyyatda olan C. Əliyevin özünə xəsarət yetirdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

20:07

Gəncə şəhərində 20 yaşlı gəncə qarşı zorakılıq hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici-deşici alətlə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, gəncin vəziyyəti kafidir.

İlkin məlumata əsasən, o əvvəlcə döyülüb, daha sonra isə kəsici-deşici alətlə yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Unikal


SON XƏBƏRLƏR