Baklıda 27 yaşlı kişi dəm qazından ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Sabirabad rayonunda da dəm qazından ölüm hadisəsi qeydə alınıb. Fevralın 10-da 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı Qaratəpə kəndindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bakı 




