• Bakı 12° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Sumqayıtda kombi partlayışında yaralananların son durumu

HADİSƏ

14 Mart 2026 | 00:40

Sumqayıtda kombi partlayışında yaralananların son durumu

12.03.2026-cı il tarixində saat 21:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yanıq xəsarətləri səbəbilə 2 nəfər (kişi) hospitalizasiya olunub.

Sumqayıt Tibb Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə,  zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Boyunun, üzün, hər iki əl barmaqların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin olunan pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.

Qeyd edək ki, hadisə dünən səhər saatlarında Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən binalardan birində baş verib. Belə ki, kombi təmiri zamanı partlayış olub. Usta və ev sahibi yanıq xəsarətləri alıblar. 


SON XƏBƏRLƏR

13 Aprel 2026