• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

320 min manat oğurladı, saxlanıldı

HADİSƏ

12 Aprel 2026 | 12:57 | Müəllif: Əli Hüseynov

320 min manat oğurladı, saxlanıldı

Bakının Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320 000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, paytaxt sakini, 32 yaşlı Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova qeyd edilən maddə ilə ittiham elan olunub və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026