Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllə törədilən qəza faciə ilə nəticələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
11:08
Quba rayonunda ölümlə nəticələnən qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qımılqazma kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrosikl beton maneəyə çırpılıb. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Bildirilib ki, E.Yusifov Qubaya istirahət məqsədilə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




