q
  • Bakı 11° C

    12.43 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

13 yaşlı qız 9-cu mərtəbədən yıxıldı - YENİLƏNİB

HADİSƏ

13 Mart 2026 | 13:12

13 yaşlı qız 9-cu mərtəbədən yıxıldı - YENİLƏNİB

Ötən gün Gəncə şəhərindəki binanın 9-cu mərtəbəsindən yıxılan 13 yaşlı X.Fərəzəliyevanın səhhəti stabildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a Mərkəzi Klinikadan bildiriblər.

"Xəstə əməliyyat edilib, ümumi vəziyyəti stabildir. Yaralının bədənində sınıqları çoxdur, bunlar sonrakı mərhələdə müalicə olunacaq. Qanaxma dayandırılıb, xəstənin huşu özündədir. Əsas problem qarın boşluğundadır. Beyni ciddi zədə almayıb", - xəstəxanadan qeyd edilib.

***

00:02

Gəncədə yeniyetmə qız 9-cu mərtəbədən yıxılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü X. Fərəzəliyeva binadan yıxılaraq ağır xəsarət alıb.

O, Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.


SON XƏBƏRLƏR

01 May 2026