• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Süni intellekt itkin alpinistin yerini beş saata müəyyən etdi

DÜNYA

13 Yanvar 2026 | 09:03

Süni intellekt itkin alpinistin yerini beş saata müəyyən etdi

İtaliyanın Piedmont bölgəsində itkin düşən 66 yaşlı alpinist Nikola İvaldonun axtarışları dron görüntülərini analiz edən süni intellekt vasitəsilə yenidən aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, beş saatda çəkilmiş 2600-dən çox fotonu təhlil edən proqram görüntülərdəki qırmızı dəbilqəni “maraq nöqtəsi” kimi müəyyən edib.

Əraziyə baxışdan sonra İvaldonun cansız bədəni  tapılıb.

Mütəxəssislər bildiriblər ki, süni intellekt yüzlərlə görüntünün əl ilə araşdırılması zərurətini aradan qaldıraraq axtarışları xeyli sürətləndirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Yanvar 2026