• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

"Qırmızı şeytan"ı yeyən "fud-bloqer" öldü

DÜNYA

12 Fevral 2026 | 00:25

Qırmızı şeytanı yeyən fud-bloqer öldü

Filippinli "fud-bloqer" 51 yaşlı Emma Amit "qırmızı şeytan" xərçəngini yediyi üçün ölüb. 

Bakıvaxtı.az xəbər verir ki, dostları ilə dəniz məhsullarına ovlayan  Amit tutduğu dəniz canlısını kokos südündə bişirib yeyib və bütün bu hadisəni lentə alıb.

Ertəsi gün qida bloqçusu xəstələnib - onda qıcolmalar başlayıb və dodaqları göyərib. O, xəstəxanaya huşsuz vəziyyətdə gətirilib və yeməkdən iki gün sonra ölüb.

Ölümə səbəb zəhərli "qırmızı şeytan" xərçəngləri olub. Onların ətində bişirildikdən sonra belə məhv olmayan neyrotoksinlər var. 


SON XƏBƏRLƏR

11 Fevral 2026