ABŞ İranla hərbi münaqişədən çıxmağa çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Hazırda ABŞ, İsrail və İran arasındakı münaqişə nisbətən sakitdir. Və sual budur: nə etməli? Tramp deyir: “Biz artıq orada hər şeyi bombalamışıq; orada edəcək bir şeyimiz qalmayıb”. Bu, vəziyyətdən çıxmaq cəhdidir. Donald Tramp haqlıdır. Bu, ən yaxşı seçimdir. Qoy desinlər ki, artıq orada hər şeyi bombalayıblar. Amma (münaqişədən) çıxın. Çünki işlər daha da pisləşəcək”, - deyə Lukaşenko bildirib.
Belarus Prezidenti həmçinin ABŞ-a əvvəllər əsir götürülmüş Venesuela lideri Nikolas Maduronu azad etməyi tövsiyə edib və problemin həllində kömək etməyə hazır olduğunu vurğulayıb:
“Maduronu azad edin və ya diplomatik həll yolu tapın. Lazım gələrsə, biz bu məsələdə kömək etməyə hazırıq”.
Bakı 




