"Rusiya Ukrayna ilə davamlı sülh istəyir və bu, öz maraqlarını təmin etdikdə və xüsusi əməliyyatın əvvəlində qarşıya qoyduğu məqsədlərə çatdıqda baş verəcək".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov " Vesti"nin müxbiri Pavel Zarubinə bildirib.
“Hər şey çox sadədir: biz davamlı sülh istəyirik. Davamlı sülh maraqlarımızı təmin etdikdə və əvvəldən qoyduğumuz məqsədlərə çatdıqda gələ bilər”, - deyə Peskov qeyd edib.
Zeynəb Rzayeva
Bakı 




