q
  • Bakı 19° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

“Bayden administrasiyası Amerika xalqına yalan danışıb”

DÜNYA

12 May 2026 | 19:07

“Bayden administrasiyası Amerika xalqına yalan danışıb”

ABŞ-nin Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard amerikalı vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşən biolaboratoriyaların fəaliyyətinin araşdırılacağını bəyan edib.

Bakıvaxtı.az “New York Post” qəzetinə istinadən xəbər verir ki, kəşfiyyat rəhbəri bu laboratoriyalarda aparılan tədqiqatların qlobal risklərindən danışıb.

“COVID-19 pandemiyası biolaboratoriyalarda təhlükəli patogenlərin araşdırılmasının hansı fəlakətli qlobal nəticələrə səbəb ola biləcəyini üzə çıxardı. Kəşfiyyat komandası bütün laboratoriyaların yerini dəqiqləşdirmək, orada hansı patogenlərin saxlanıldığını və hansı tədqiqatların aparıldığını müəyyən etmək niyyətindədir. Artıq müəyyən edilib ki, bu laboratoriyaların 40-dan çoxu Ukrayna ərazisində yerləşir. Co Bayden administrasiyası Vaşinqton tərəfindən idarə olunan kimyəvi və bioloji laboratoriyaların mövcudluğunu inkar edərək Amerika xalqına yalan danışıb”, – deyə Qabbard bildirib.

Xatırladaq ki, bundan əvvəl Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukraynadakı laboratoriyalarda ABŞ-nin köməkliyi ilə xüsusi bioloji silahların hazırlandığını iddia etmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də ABŞ-nin biolaboratoriyaları səbəbindən dünyada “zombi apokalipsisi”nin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.


SON XƏBƏRLƏR

12 May 2026