Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ermənistan baş naziri Nikol Paşinyanı və onun rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasını 7 iyunda keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Bakıvaxtı.az Musavat.com-a istiadla xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Saakaşvili qeyd edib ki, Ermənistan baş nazirinin builki siyasi uğuru, onun fikrincə, özünün 2012-ci ildəki şəxsi təcrübəsini geridə qoyur.
Sabiq prezident Ermənistandakı seçki kampaniyasını Rusiyanın "hibrid hücumu" adlandırıb və Paşinyanın qələbəsinin bütün regiona parlaq gələcək vəd etdiyini vurğulayıb.
Gürcüstanın eks-prezidentinin sözlərinə görə, vətənpərvər gürcülər bu tarixi qələbədən sonra Ermənistan baş nazirinə dəstək nümayiş etdirməlidirlər.
Bakı 



