Türkiyədə 57 yaşlı qadının şübhəli ölümü araşdırılır.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, hadisə Əskişəhərdə baş verib. Belə ki, 57 yaşlı Məryəm Çıracı uşaqları ilə yaşadığı evində ölü tapılıb. Onun şübhəli ölümü ilə bağlı araşdırma başlanıb.
Çıracının uşaqlarının müraciətindən sonra ünvana səhiyyə və polis qrupları göndərilib.
Cəsəd polis və prokurorun araşdırmasından sonra xəstəxana meyitxanasına aparılıb. Ölümün dəqiq səbəbi yarılmadan sonra müəyyən ediləcək.
Sevinc Bağırlı
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



