Böyük Britaniyanın müdafiə naziri Con Hili (John Healey) tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə informasiyanı "Sky News" telekanalı yayıb.
Məlumata görə, nazirin istefasına Baş nazir Kir Starmer və Maliyyə Nazirliyi (Xəzinədarlıq) ilə hərbi xərclərin həcmi barədə yaşanan ciddi fikir ayrılığı səbəb olub.
Con Hili "X" sosial şəbəkəsində paylaşdığı istefa məktubunda hökumətin müdafiə investisiya planının mövcud tələblərdən qat-qat aşağı olduğunu və təhlükəsizlik ehtiyaclarını qarşılamadığını vurğulayıb.
Qeyd olunur ki, iyulun 7-də keçiriləcək NATO sammiti ərəfəsində Müdafiə Nazirliyi büdcənin daha 28 milyard funt-sterlinq artırılmasını tələb etsə də, Maliyyə Nazirliyi bu xərcləri təxminən 15 milyard funt-sterlinq civarında məhdudlaşdırıb. Bu addım hökumət daxilində ciddi böhrana və müdafiə nazirinin istefasına gətirib çıxarıb.
Bakı 



