Misir Prezidenti Əbdülfəttah Sisi və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misir prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Misir lideri İranın Fars körfəzi ölkələrinə, eləcə də İordaniya və İraqa hücumlarını pisləyib və eskalasiyaya dərhal son qoyulmasını tələb edib.
Sisi bu ölkələrin İrana qarşı müharibədə iştirak etmədiyini və əksinə, İranla ABŞ arasında diplomatik səyləri və danışıqları dəstəklədiyini vurğulayıb.
O, eləcə də Misirin gərginliyin azaldılmasına və danışıqların bərpasına kömək etməyə hazır olduğunu bildirib.
Öz növbəsində Pezeşkian gərginliyin azaldılması səylərinə görə Misirə təşəkkür edib və Tehranın ərəb ölkələri ilə mehriban qonşuluq münasibətləri və İranın nüvə proqramı üzrə danışıqların davam etdirilməsi istəyini təsdiqləyib.
Bakı 




