• Bakı C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Çin və ABŞ ticarət müqaviləsini daha bir il uzada bilər

DÜNYA

12 Fevral 2026 | 08:15

Çin və ABŞ ticarət müqaviləsini daha bir il uzada bilər

ABŞ və Çin Cənubi Koreyada razılaşdırılmış ticarət müqaviləsini daha bir il uzatmağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumatlı mənbələrə istinadla yazır.

Bildirilir ki, genişləndirilmiş razılaşma ötən ilin oktyabrında Busan şəhərində keçirilmiş sammit zamanı əldə olunan qısamüddətli iqtisadi razılaşmaları, o cümlədən Çinin yeni alış öhdəliklərini əhatə edə bilər.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın aprelin əvvəlində Pekinə səfəri planlaşdırılır. Onun Çin Prezidenti Si Cinpinlə görüşünün gözlənildiyi, lakin səfərin dəqiq tarixinin hələ müzakirə olunduğu bildirilir.

Xatırladaq ki, mövcud ticarət razılaşması iki ölkə liderləri arasında ötən ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdən sonra əldə olunmuşdu.


SON XƏBƏRLƏR

11 Fevral 2026