• Bakı C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

İlber Ortaylının vəsiyyəti ortaya çıxdı

DÜNYA

14 Mart 2026 | 00:37

İlber Ortaylının vəsiyyəti ortaya çıxdı

Türkiyənin və türk dünyasının ən parlaq zəkalarından biri, görkəmli tarixçi professor İlber Ortaylı 79 yaşında vəfat edib. Alimin vəfatından sonra onun dəfn yeri ilə bağlı keçmişdə verdiyi bir müsahibədəki vəsiyyəti yenidən gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, İlber Ortaylı sağlığında qatıldığı proqramların birində "Məzarınızla bağlı bir vəsiyyətiniz varmı?" sualına belə cavab vermişdi:

"Yəqin ki, Gəlibolu olar. Burada (İstanbulda) istəmirəm. İzdiham xoşlamıram."

Onun bu sözləri, dahi tarixçinin səs-küydən uzaq, tarixi bir məkanda əbədi istirahətə çəkilmək istədiyini göstərir.

Professor bir müddətdir Koç Universiteti Xəstəxanasında reanimasiya şöbəsində müalicə alırdı və süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

1947-ci ildə Avstriyada doğulan İlber Ortaylı, dünya tarix elminin ən mühüm simalarından biri idi.

Ankara, Vyana və Çikaqo universitetlərində təhsil alıb. Böyük tarixçi Xəlil İnalcıkın tələbəsi olub.

Topqapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb, dünyanın ən nüfuzlu universitetlərində (Oksford, Kembric, Prinston və s.) mühazirələr oxuyub.

O, fenomenal yaddaşı və dil biliyi ilə tanınırdı. Türk, Osmanlı, Krım-tatar, ərəb, fars, alman, fransız, italyan, latın, yunan, rus və bir neçə slavyan dili daxil olmaqla 15-dən çox dili mükəmməl bilirdi./Milli.az


SON XƏBƏRLƏR

13 Mart 2026