• Bakı C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

"Mossad"a yeni rəhbər təyin edildi

DÜNYA

12 Aprel 2026 | 23:55

Mossada yeni rəhbər təyin edildi

İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası məlumat yayıb.

Aprelin 12-də R.Hofmanın namizədliyi yüksək vəzifələrə təyinatlar üzrə məsləhət komitəsi tərəfindən təsdiqlənib. Bundan sonra Netanyahu onun "Mossad" rəhbəri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Hofman 2026-cı il iyunun 2-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd olunub ki, Netanyahu bu təyinat barədə 2025-ci ilin dekabrında məlumat verib və müxtəlif namizədlərlə keçirilən müsahibələrdən sonra Hofmanı "ən layiqli və uyğun namizəd" hesab edib.

O bu vəzifədə səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatan David Barneanı əvəz edəcək.

Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. 1995-ci ildə tank qoşunlarında xidmətə başlayıb, daha sonra zabit kurslarını bitirib və müxtəlif hərbi bölmələrə, o cümlədən diviziyaya rəhbərlik edib. 2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi vəzifəsində çalışıb./Oxu.Az


SON XƏBƏRLƏR

12 Aprel 2026