• Bakı 27° C

    10.18 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Venesuelada zəlzələ qurbanlarının sayı artır

DÜNYA

19 Iyul 2026 | 02:44

Venesuelada zəlzələ qurbanlarının sayı artır

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 min 119 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez açıqlayıb.

Onun məlumatına görə, təbii fəlakət nəticəsində 16 min 740 sakin xəsarət alıb, 17 min 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856 binaya isə ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 min 462 nəfər xilas edilib, 38 mindən çox zərərçəkmiş isə tibb müəssisələrində müalicə olunub.

Evsiz qalanları yerləşdirmək üçün 107 müvəqqəti düşərgə yaradılıb.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə ardıcıl iki güclü zəlzələ baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026