• Bakı 15° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Messi Yamal barədə: O, fantastik futbolçudur

İDMAN

18 Iyul 2026 | 22:21 | Müəllif: Aynur Babazadə

Messi Yamal barədə: O, fantastik futbolçudur

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalı öncəsi İspaniya yığmasının futbolçusu Lamin Yamal barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı hücumçu 19 yaşlı futbolçunun çıxışını yaxından izlədiyini bildirib:

“Lamin fantastik futbolçudur. Onu yaxından izləyirəm, çünki sevdiyim və hər zaman ən yaxşısını arzuladığım “Barselona”da oynayır. O, 19 yaşında artıq dünya futbolunun ən böyük simalarından biridir. Qarşıda böyük karyerası və tarix yazmaq imkanı var. Bu dəfə bunun baş verməməsinə çalışacağıq”.

Qeyd edək ki, İspaniya - Argentina finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026