• Bakı 26° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Səbuhinin durumu PİSLƏŞDİ - Ayağında kəsiklər var

İDMAN

17 Avqust 2026 | 13:31

Səbuhinin durumu PİSLƏŞDİ - Ayağında kəsiklər var

"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb. Futbolçu "Neftçi" ilə matçda qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra əsəblərinə hakim ola bilməyib. O, meydanı tərk edərkən şüşə qapıya zərbə endirib.

Bakıvaxtı.az-a verilən məlumata görə, yarımmüdafiəçi yaxın saatlarda əməliyyat olunacaq.

    Onun ayaq nahiyəsində ciddi kəsiklər yaranıb. Səbuhi Abdullazadə cərrahi müdaxilədən sonra bərpa prosesi keçəcək. Onun yaxın aylarda meydanlara qayıtması gözlənilmir.

    Buna baxmayaraq, Abdullazadə Abdullazadənin zədəsi karyerasına zədə vuracaq qədər faciəvi deyil.

    Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı qonaqların qələbəsi ilə nəticələnib - 3:1.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Avqust 2026