• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Neftçi" ilk 5 turun ən məhsuldarı oldu 

İDMAN

16 Sentyabr 2026 | 09:36 | Müəllif: Günəş Mərd

"Neftçi" ilk 5 turun ən məhsuldarı oldu

"Neftçi" Azərbaycan Premyer Liqasının cari mövsümünün ilk 5 turunda ən məhsuldar komanda olub.

Bakıvaxtı.az xəbər verir ki, 15 dəfə rəqib qapılarına yol tapan "ağ-qaralar"ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.

Bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/2017 mövsümündə "Qəbələ" ilk 5 matçında 15 qola sevinib.

Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/2015 mövsümündə qeydə alınıb. Həmin vaxt "İnter" (indiki "Şamaxı") 16 qola sevinib.

"Neftçi" özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/2001 mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub. (sportinfo.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026