Fransa "Strasburq"unun və Belçika millisinin yarımmüdafiəçisi Dieqo Moreyra İtaliyanın "Milan" klubuna keçəcək.
Bakıvaxtı.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar artıq anlaşıblar və sənədləşmə prosesinə başlayıblar.
İtaliya A Seriyası təmsilçisi 22 yaşlı futbolçu üçün bonuslar nəzərə alınmadan 50 milyon avro ödəyəcək. Fransa klubu futbolçunun növbəti satışından faiz almaq hüququnu özündə saxlayacaq.
Qeyd edək ki, D.Moreyra 2025/2026 mövsümündə keçirdiyi 42 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 25 milyon avro qiymətləndirir. Futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə kimidir.
Bakı 



