• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO

İDMAN

16 Sentyabr 2026 | 15:47 | Müəllif: Subhan Mahmudov

"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO

Türkiyəli tanınmış futbol şərhçisi, eksperti və aparıcı Ertem Şener "Real"ın gənc ulduzu Arda Gülərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Ertem Şener sosial media hesabında paylaşım edərək Arda Güləri Lionel Messi ilə müqayisə edib.

O, illər əvvəl Lionel Messi haqqında söylədiyi fikirləri xatırladaraq Arda Gülərin də dünya futbolunda oxşar iz buraxa biləcəyini bildirib:

"20 il əvvəl Messini Çempionlar Liqasında izah edərkən və təkcə İspaniyanın, Argentinanın deyil, bütün dünyanın ona "Yeni Messi" deyəcəyini söyləyəndə "Şişirtmə" demişdilər! İndi deyirəm ki, səhnə eynidir, rollar başqadır, forma başqadır, pasport başqadır. Arda Güler dünya futbolunun yeni Messisi olmaq üzrədir!".

Ertem Şenerin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR