• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Kasado "Barselona"dan gedir

İDMAN

17 Avqust 2026 | 15:10

Kasado Barselonadan gedir

İspaniyalı futbolçu Mark Kasado "Barselona" klubundan ayrılmağa yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Hazırkı ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik onun gələcək planlarına daxil olmadığını bildirib.

Onun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. Oyunçunun agenti Xorxe Mendeş müştərisi üçün uyğun variantlar axtarır.

Xatırladaq ki, M.Kasado ötən mövsüm bütün yarışlarda 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR