• Bakı 14° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

100-cü dəfə məğlub oldular...

İDMAN

17 Avqust 2026 | 11:26 | Müəllif: Əli Hüseynov

100-cü dəfə məğlub oldular...

"Sumqayıt" komandası Misli Premyer Liqasında öz meydanında 100-cü məğlubiyyətini alıb.

Bakıvaxtı.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 2026/2027 mövsümünün I turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzub.

Bu, klub tarixinə Premyer Liqada 100-cü ev yenilgisi kimi düşüb.

"Sumqayıt" öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan "Sumqayıt" bu göstəricidə "100"ə çatan ilk klubdur.

Qeyd edək ki, "Sumqayıt"ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də "Qəbələ" ilə matça (1:2) təsadüf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026