• Bakı 29° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

İDMAN

18 Iyul 2026 | 09:07

Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi

2010-cu ildə İspaniya millisinin heyətində dünya kubokunu qazanan Joan Kapdevila 2026-cı il dünya çempionatının finalını izləmək üçün ABŞ-yə səfər edərkən gözlənilməz problemlə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, keçmiş futbolçunun ABŞyə  giriş üçün tələb olunan ESTA icazəsi təsdiqlənməyib.

Bu səbəbdən Kapdevilanın İspaniya ilə Argentina arasında keçiriləcək final qarşılaşmasını tribunadan izləmək planı təhlükə altına düşüb.

Problemlə üzləşən Kapdevila sosial şəbəkə vasitəsilə ABŞ Prezidenti Donald Trampa müraciət edərək yardım istəyib.

“Cənab Prezident Tramp, köməyə ehtiyacım var! Mənə ESTA icazəmin rədd edildiyini və buna görə uşaqlarımla birlikdə finala gedə bilməyəcəyimi bildirdilər. Mənə kömək edəcək kimsə varmı?” – deyə Kapdevila “X” platformasında yazıb.

İspaniyalı keçmiş müdafiəçi bildirib ki, 2010-cu ildə birlikdə dünya çempionu olduğu komanda yoldaşları ilə bu tarixi qarşılaşmada olmaq onun üçün xüsusi önəm daşıyır.

“ABŞ-yə buraxılmayacağıma inana bilmirəm”, – deyə o qeyd edib.

Kapdevila həmçinin İspaniyanın Təhsil, Peşə Təhsili və İdman Nazirliyinin rəsmi hesabını da paylaşaraq problemin həlli üçün dəstək istəyib.

Qeyd edək ki, Joan Kapdevila 2010-cu ildə Cənubi Afrikada keçirilən DÇ-də İspaniya millisinin əsas futbolçularından biri olub. O, həmin turnirin finalında Niderlanda qarşı meydana çıxaraq İspaniyanın tarixində ilk dünya çempionluğuna töhfə verib./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026