• Bakı 25° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Türkiyə XİN-dən "S-400" etirafı

DÜNYA

18 Iyul 2026 | 19:55

Türkiyə XİN-dən S-400 etirafı

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərinin alınmasının pərdəarxası səbəblərini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazir müavini Levent Gümrükçü bu satınalmanın 2010-cu ildən başlayan uzun bir prosesin nəticəsi olduğunu bildirib.

O qeyd edib ki, ilk 7 ildə açılan 3-4 tenderdə ABŞ-ın "Patriot" təklifləri həm ən baha olub, həm də texnologiya transferi və birgə istehsal baxımından əməkdaşlığa heç bir imkan tanımayıb. Diplomatın sözlərinə görə, amerikalı rəsmilər Konqres nəzarətini bəhanə gətirərək Türkiyəyə tədarük zəmanəti verməkdən hər dəfə imtina ediblər.

Ən kritik məqam isə 2016-2017-ci illərdə, xüsusilə Türkiyədəki uğursuz dövlət çevrilişi cəhdindən sonra bəzi NATO müttəfiqlərinin ölkədəki "Patriot" sistemlərini geri çəkməsi olub. Bu addım Türkiyənin hava məkanında ciddi təhlükəsizlik boşluğu yaradıb və Ankara bu boşluğu təcili surətdə qapatmaq üçün məcburiyyət qarşısında qalaraq "S-400" sistemlərini alıb.

Gümrükçü bunun birdəfəlik və fövqəladə bir addım olduğunu, Türkiyənin gələcəkdə NATO ittifaqı ilə tam uyğunlaşacaq bir hava müdafiə sistemi əldə etmək öhdəliyinə sadiq qaldığını xüsusi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026