• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Mahir Emrelinin yeni klubu...

İDMAN

18 Iyul 2026 | 15:35 | Müəllif: Subhan Mahmudov

Mahir Emrelinin yeni klubu...

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir.

Onun bu kluba keçidi gün ərzində və ya sabah açıqlanacaq. Çenstoxova şəhərinin təmsilçisi ötən mövsüm çempionatda dördüncü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Komanda bu turnirin II təsnifat mərhələsində Maltanın "Valletta" kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, azərbaycanlı forvard son olaraq Almaniyanın "Kayzerslautern" komandasının formasını geyinib. M.Emreli 2021/2022 mövsümünün ilk yarısında Polşada "Legiya"nın uğurları üçün çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026