Goranboyda yük maşını ilə minik avtomobili toqquşub.
Bakıvaxtı. az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Kamazla Ford markalı avtomobilin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Samux rayon sakini Nağıyeva Təranə Nüsrət qızı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



