• Bakı 26° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul etdi - FOTO

İQTİSADİYYAT

17 Iyul 2026 | 21:06

Özbəkistan Prezidenti Mikayıl Cabbarovu qəbul etdi - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

    Mikayıl Cabbarov bildirib ki, görüş zamanı Prezident İlham Əliyevin salamları Şavkat Mirziyoyevə çatdırılıb. Özbəkistan Prezidenti də öz növbəsində dövlət başçısına salamlarını çatdıraraq Azərbaycan–Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

    Görüşdə iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldiyi vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin təşviqi, həmçinin biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR