• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Zelenski onu vəzifəyə təyin etdi

DÜNYA

18 Iyul 2026 | 00:04 | Müəllif: Subhan Mahmudov

Zelenski onu vəzifəyə təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəis müavini Oleksandr Pokladın qurumun rəhbəri vəzifəsini müvəqqəti icra etməsi barədə fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəsmi fərman dövlət başçısının saytında dərc olunub.

Məlumata görə, Oleksandr Poklad 2023-2026-cı illərdə SBU rəisinin müavini vəzifəsini tutub, ondan əvvəl isə Ukrayna Əks-kəşfiyyat Departamentinin rəhbəri olub.

Poklad bu postda Yevgeni Xmaranı əvəz edəcək.

Qeyd edək ki, Yevgeni Xmara ötən gün müdafiə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunub. Müdafiə naziri postunu isə ondan əvvəl bu yaxınlarda istefaya göndərilən Mixail Fedorov tuturdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR