• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb

İDMAN

17 Iyul 2026 | 23:33 | Müəllif: Subhan Mahmudov

Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb.

Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub.

B. Soltanova kanadalı Miki Roubottoma "tuş"la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.

Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10.

Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026