İspaniya millisinin müdafiəçisi Mark Kukurella DÇ-2026-nın finalından sonra milli karyerasını başa vura biləcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Movistar Plus Deportes" nəşrinə müsahibəsində danışıb:
"Əgər İspaniya dünya çempionu olsa, ertəsi gün Luis de la Fuenteyə zəng edib millidəki karyeramı başa vuracağam. Avropa çempionluğundan sonra dünya çempionu da olsan, artıq bundan artığını arzulamaq mümkün deyil".
Qeyd edək ki, DÇ-2026-nın İspaniya - Argentina finalı iyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək. (Qol.az)
Bakı 



