• Bakı 27° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Ucuz mənzillər hələ də satışdadır - RƏSMİ

CƏMİYYƏT

17 Iyul 2026 | 19:00

Ucuz mənzillər hələ də satışdadır - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərində olan mənzillərin satışı davam edir.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən məlumat verilib.

    Bildirilib ki, 3 və 4 otaqlı, tam təmirli və istifadə olunmamış, çıxarışlı və ipoteka krediti ilə də almaq mümkün olan bu mənzillər bazar qiymətindən xeyli aşağı qiymətə - kv.metri 435-830 manat aralığında satışa çıxarılıb.

    Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola bilərsiniz.

    Seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla onun bron edə bilərsiniz.

    Bir mənzili 3 şəxs bron edə bilər. İlk bron edən şəxs mənzili almadıqda, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.

    Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.

    Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.

    Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR