• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib

DÜNYA

17 Iyul 2026 | 17:40 | Müəllif: Əli Hüseynov

İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib

Bu gün səhər İran pilotsuz uçuş aparatları ilə Küveytdə bir neçə hərbi obyekt və bazaya zərbə endirib, nəticədə bir neçə hərbçi yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, “Al Jazeera“ bu barədə Küveyt ordusuna istinadən məlumat yayıb.

    Məlumata görə, Baş Qərargah rəisi general-leytenant Xalid Dərəc Səd Əl-Şurəyan və Baş Qərargah rəisinin müavini, aviasiya marşalı Sabah Cabir Əl-Əhməd Əl-Sabah yaralı hərbçilərə baş çəkiblər.

    Məlumatda bildirilir ki, yaralananlar İran dronlarının Küveyt Quru Qoşunlarına məxsus bir neçə hərbi obyekt və düşərgəyə zərbəsi nəticəsində xəsarət alıblar. Bununla belə, yaralıların dəqiq sayı və zərbəyə məruz qalan hərbi obyektlərin adları açıqlanmayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026