• Bakı 27° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Kanada zirehli texnikaya 2 milyard dollar xərcləyəcək

DÜNYA

17 Iyul 2026 | 16:39

Kanada zirehli texnikaya 2 milyard dollar xərcləyəcək

Kanada hökuməti Amerikanın müdafiə podratçısı "General Dynamics Land Systems-Canada" ilə 190 zirehli döyüş dəstək maşının tikintisi üçün təxminən 2 milyard dollarlıq müqavilə bağlamaq niyyətindədir. 

Bakıvaxtı.az "The Globe and Mail" qəzetinə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib.

Onun sözlərinə görə, müqavilə dörd il müddətinə bağlanıb və Kanada Ordusunun oxşar nəqliyyat vasitələri parkını 360-dan 550-yə qədər genişləndirəcək. 

Nəşr qeyd edir ki, şirkət may ayında təqdim edilən yeni tərəfdaşlıq modeli çərçivəsində Ottava tərəfindən seçilmiş "ilk strateji tərəfdaş" olub. Yeni tərəfdaşlıq növbəti 8 il ərzində hər il 6000-dən çox iş yeri yaradacaq.

Qeyd edək ki, "General Dynamics Land Systems" şirkətinin Kanada bölməsi 1970-ci illərin sonlarından bəri ölkə hökumətinə zirehli texnikanın əsas təchizatçısı olub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026