• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Naxçıvanda ağır qəza: yaralılar var

HADİSƏ

17 Iyul 2026 | 23:06 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda ağır qəza: yaralılar var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  Report-a istinadən xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki "Hunday" markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb və müalicəyə cəlb ediliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026