• Bakı 27° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

161 nəfər barəsində həbs qətimkan tədbiri seçildi

HADİSƏ

17 Iyul 2026 | 16:31

161 nəfər barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda son 1 ay ərzində narkotiklə bağlı 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib. Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb.

Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilib.

Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026