• Bakı 26° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair ÇAĞIRIŞ

SİYASƏT

18 Iyul 2026 | 00:10

ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair ÇAĞIRIŞ

ABŞ-ın "Henry Public Relations" şirkətinin baş direktoru, "RedPresswire"ın həmtəsisçisi və "Newsmax TV"nin şərhçisi Brayan E. Leyb 1992-ci il tarixli ABŞ-ın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv edilməsinə və Azərbaycana ABŞ istehsalı olan qırıcı təyyarələrin satışına çağırıb.

Bakıvaxtı.az bildirir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.

"1992-ci il tarixli ABŞ-ın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv etməli və ABŞ istehsalı olan qırıcı təyyarələri sabit və etibarlı müttəfiqimiz olan Azərbaycana satmalıyıq", - deyə Leyb bildirib.

Qeyd edək ki, 2025-ci ilin sonunda ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib./Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026